Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nəsiminin 650 illiyinə həsr edilən beynəlxalq skaut düşərgəsinin açılışı olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Nəsiminin 650 illiyinə həsr edilən beynəlxalq skaut düşərgəsinin açılışı olub

Nəsiminin 650 illiyinə həsr edilən beynəlxalq skaut düşərgəsinin açılışı olub


Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı, Gənclər İdman Nazirliyinin və İsmayıllı Rayon İcra hakimiyyətinin dəstəyi ilə rayonun Topçu kəndində Nəsiminin 650 illiyinə həsr edilən “Wonderland Azərbaycan-2019” beynəlxalq skaut düşərgəsinin açılışı olub.

Assosiasiyadan bildiriblər ki, Azərbaycanın müxtəlif bölgələrindən, eyni zamanda, Türkiyə, Rusiya və Böyük Britaniyadan 450 nəfərdən çox iştirakçının yer aldığı beynəlxalq tədbirin açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman Nazirliyinin nümayəndələri, iştirakçı ölkələri təmsil edən skautlar və Azərbaycan Skautlar Assosiasiyasının idarə heyətinin üzvləri iştirak ediblər.

Düşərgənin lideri Zamin Məmmədov çıxış edərək skaut düşərgələrinin tarixi haqqında danışıb, onun gündəlik proqramı barədə iştirakçıları və qonaqları məlumatlandırıb.

Sonra rayon icra hakimiyyəti başçısının müavini Rövşən Ağayev İsmayıllının tarixi mədəni-iris haqqında qonaqlara məlumat verib, rayonun belə bir beynəlxalq düşərgəyə ev sahibliyi etdiyinə görə məmnunluğunu bildirib.

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Xəqani Əzizov düşərgədə yarana biləcək bütün təhlükələrə qarşı onların hazır olduqlarını, eyni zamanda, düşərgə müddətində daim dəstək olacaqlarını deyib.

Açılış mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi və Azərbaycan Skautlar Assosiyasının, eyni zamanda, iştirakçı ölkələrinin bayraqlarının təntənəli surətdə qaldırılması ilə yekunlaşıb.

Skautlar günün proqramına uyğun olaraq fəaliyyətlərinə davam ediblər. Düşərgə “Əhli-İrfan”, “İki Cahan”, “Ənəl Həqq”, “Dəryayi-Mühit” adlı kiçik düşərgələrə bölünüb və burada fəaliyyətlər Nəsiminin və onun əsərlərinə aid simvollarla müşayiət olunur.

Qeyd edək ki, iyulun 7-dək davam edəcək düşərgədə iştirakçılar peşəkar təlimçilər tərəfindən keçirilən atçılıq, atıcılıq, yaylı oxatma, tətbiqi incəsənət, intellektual oyunlar, komanda işi, əyləncəli kimya, elmi mühəndislik, riskli hallardan xilasetmə, ilkin tibbi yardım, dalğıclıq, dağa dırmanma üzrə müxtəlif istiqamətli təlimlərə qatılacaqlar.

Geri dön