Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin iqtisadiyyat nazirlərinin 9-cu görüşü keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin iqtisadiyyat nazirlərinin 9-cu görüşü keçirilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin iqtisadiyyat nazirlərinin 9-cu görüşü keçirilib


Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin iqtisadiyyat nazirlərinin 9-cu iclası keçirilib.

Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib.

Görüşdə Şura üzvü olan dövlətlər arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlıq, ortaq sərmayə qoyuluşuna imkanlarına dair müzakirə aparılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycan iqtisadiyyatı, üzv ölkələrlə iqtisadi sahədə həyata keçirilən layihələr, qarşılıqlı investisiya qoyuluşları və ticarət əlaqələri barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə Şuraya üzv olan dövlətlər arasında iqtisadi əlaqələrin davamlı inkişaf etdiyi vurğulanıb, görüşdə aparılan müzakirələrin əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.

İlahə Əhmədova

Geri dön