Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiyada sualtı qayıqda baş vermiş yanğının bəzi təfərrüatları bilinib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Rusiyada sualtı qayıqda baş vermiş yanğının bəzi təfərrüatları bilinib

Rusiyada sualtı qayıqda baş vermiş yanğının bəzi təfərrüatları bilinib


Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Barens dənizində Hərbi Dəniz Donanmasına aid sualtı qayıda baş vermiş yanğının bəzi təfərrüatlarını açıqlayıb.

Hadisəni araşdırmaq üçün Severomorsk şəhərinə gedən rusiyalı nazir orada iclas keçirib.

O, hərbçilərin qəhrəmanlıq göstərdiyini, ilk növbədə sualtı qayıqda olan mülki nümayəndəni təxliyə etdiklərini bildirib: “Onlar yanğının ocağını söndürərək öz yoldaşlarını və dərin sualtı aparatı xilas ediblər”.

Rusiyalı nazir həlak olanlardan 7 nəfərinin I dərəcəli kapitan, 3 nəfərinin II dərəcəli kapitan, 2 nəfərinin isə Rusiya qəhrəmanı olduğunu vurğulayıb.

S. Şoyqu qeyd edib ki, həyatını itirən zabitlər dövlət mükafatlarına təqdim olunacaqlar.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyulun 1-də Barens dənizində Hərbi Dəniz Donanmasına aid sualtı qayıqda baş vermiş yanğın nəticəsində 14 nəfərin həlak olduğu haqqında məlumat yayıb.

Geri dön