Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tutanxamonun büstü təqribən 6 milyon dollara satıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Tutanxamonun büstü təqribən 6 milyon dollara satıldı

Tutanxamonun büstü təqribən 6 milyon dollara satıldı


Misir fironu Tutanxamonun büstü “Christie's” hərrac evində təqribən 6 milyon dollara satılıb. Bu barədə satış evinin nümayəndələri məlumat yayıb.

Adını bildirməyən alıcı hərrac rüsumu nəzərə alınmaqla 4 milyon 746 min funt qoyub ki, bunu ABŞ dollarına çevirəndə 5,97 milyon edir.

Misirin hökumət orqanları vaxtilə əcnəbi arxeoloqlar tərəfindən tapılmış və ölkədən qeyri-qanuni yolla çıxarılmış artefaktların geri qaytarılması tələbini çoxdan bəri irəli sürürlər. Bu səbəbdən də hərrac zamanı “Christie's” ofisinin qarşısında 20 etirazçı toplaşaraq əllərində “Misir tarixi satılmır” şüarı yazılmış transparant tutub.

Geri dön