Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarının müddətini uzadıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarının müddətini uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarının müddətini uzadıb


Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iyulun 31-də müddəti başa çatan iqtisadi sanksiyalarını rəsmən daha 6 ay uzadıb.
Avropa İttifaqı Şurasının iyunun 4-də verilən açıqlamasında Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrinə qarşı sanksiyaları 2020-ci il 31 yanvar tarixinədək uzatdıqları bildirilir.
Sənəddə bu qərarın 20-21 iyun tarixlərində Aİ sammitində sanksiyaların bağlı olduğu Ukraynadakı münaqişənin həllinə dair Minsk razılaşmalarının həyata keçirilməsinə dair aparılan müzakirələrdən sonra verildiyi qeyd olunur.
Qeyd edək ki, 2014-cü ildə Avropa İttifaqı Ukraynanın şərqindəki hərbi münaqişə və Krım yarımadasının ilhaqı bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq edərək sonradan onların müddətini uzadıb, əhatəsini isə genişləndirib.

Geri dön