Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-da yenidən güclü zəlzələ baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > ABŞ-da yenidən güclü zəlzələ baş verib

ABŞ-da yenidən güclü zəlzələ baş verib


ABŞ-ın Kaliforniya ştatının cənubunda 6,9 bal gücündə zəlzələ baş verib.

RİA Novosti agentliyi xəbər verir ki, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Los-Anceles şəhərindən 193 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Xatırladaq ki, cümə axşamı ABŞ-ın Kaliforniya ştatında Los-Ancelesdən 195 kilometr şimalda yerləşən Rickrest şəhərinin yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub.

Geri dön