Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehrandan İrəvana növbəti kömək: “Ermənistana qaz ixracını dəfələrlə artıracağıq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tehrandan İrəvana növbəti kömək: “Ermənistana qaz ixracını dəfələrlə artıracağıq”

Tehrandan İrəvana növbəti kömək: “Ermənistana qaz ixracını dəfələrlə artıracağıq”


İran və Ermənistannın iqtisadi- ticari əməkdaşlıq üzrə birgə komissiyasının 16-cı forumundan sonra jurnalistlərə açıqlama verən İranın energetika naziri Rza Ərdəkaniyan iki ölkə arasında olan münasibətlərdən danışıb.

Nazir Ermənistan iki ölkənin sərhəddində 100 meqavatlıq su elektrik stansiyası tikdiyini və İran tərəfinə elektrik enerjisi təklif etdiyini deyib. Ərdəkaniyanın sözlərinə görə, stansiyanın tikintisi də forumun daha öncələr əldə etdiyi razılaşmalardan biri çərçivəsində həyata keçirilib.

Nazir həmçinin 2020-ci ilədək iki ölkə arasında 3-cü elektrik xəttinin işə salınması üçün bu layihəni sürətləndirmək barədə razılıq əldə olunduğunu vurğulayıb. Bu xəttin işə salınması ilə İran Ermənistanı 1000 meqavat elektrik enerjisi ilə təmin edəcək.

Rza Ərdəkaniyan tərəflər arasında Ermənistana qaz nəqlinin artırılması ilə bağlı aparılmış müzakirələrin nəticəsində İranın Ermənistana qaz nəqlini dəfələrlə artırması ilə bağlı razılıq əldə olunduğunu deyib. O əlavə edib ki, bu ticari əlaqə barter sisteminə əsaslanacaq və qarşılığında Ermənistan İranın ehtiyacı olan məhsulları sonuncuya ixrac edəcək.

Nazir Rusiya, Gürcüstan, Ermənistan və İran arasında “Şimal-Cənub” dəhlizi əlaqələrinin artırılması və İranın daha çox özəl şirkətinin Ermənistan bazarına daxil olmağa təşviq edilməsi kimi məsələlərin də müzakirə edilən mövzular arasında olduğunu əlavə edib.

Rza Ərdəkaniyan sonda qeyd edib ki, İran hazırda Ermənistana gündəlik 1 milyon kub metr qaz nəql edir, hansı ki, bu rəqəmi 4 dəfə çoxaltmaq olar.

Xatırladaq ki, İran Azərbaycanın 20%-dən çox ərazisini işğal edən, qadın, uşaq və qocalar da daxil olmaqla, minlərlə vətəndaşını öldürən, Xocalı soyqrımını törədən Ermənistan rejiminə kömək edən əsas ölkələrdən biridir. Hətta İran rejimi Qarabağ müharibəsi gedən zaman da Ermənistana kömək edən əsas qüvvələrdən biri olmuşdur. Hazırda iqtisadi blokadada olan Ermənistan daha çox İranın etdiyi yardımlar nəticəsində öz varlığını davam etdirə bilir.

Digər tərəfdən, İran Ermənistana dəstəyini cari il Xocalı soyqrımının növbəti il dönümündən bir gün sonra, yəni fevralın 27-də bu ölkənin baş naziri Nikol Paşinyanı Tehrana rəsmi səfərə dəvət etməklə, bir daha açıq-aşkar nümayiş etdirdi. Bu siyasi hayasızlığa etiraz edən güney azərbaycanlı soydaşlarımızdan bir neçəsi isə bi müddət İran rejimi tərəfindən qondarma ittihamlarla həbs olunub.

Geri dön