Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehranda divarlara Siyamək Mirzayinin azadlığını tələb edən posterlər yapışdırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tehranda divarlara Siyamək Mirzayinin azadlığını tələb edən posterlər yapışdırılıb

Tehranda divarlara Siyamək Mirzayinin azadlığını tələb edən posterlər yapışdırılıb


Güney Azərbaycanlı milli-mədəni fəallar Tehranın müxtəlif məhəllələrində divarlara posterlər yapışdıraraq milli-mədəni fəal Siyamək Mirzayinin azadlığa buraxılmasını tələb ediblər.

Güney azərbaycanlı fəal 3 illik həbs müddətini Tehranın Evin zindanında başa vurmasına baxmayaraq azadlığa buraxılmır, o Ettelaat Nazirliyinin nəzarətində olan Evin zindanının 209-cu korpusuna intiqal edilib.

Fəal təhlükəsizlik orqanları və məhkəmə məsullarının qanunsuz qərarına etiraz olaraq iyulun 1-dən aclıq aksiyası keçirir.

Siyamək Mirzayi 2016-cı il iyunun 13-də Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə yerli ETTELAAT İdarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və qanunsuz qrup yaratmaq kimi qondarma ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.

Siyamək Mirzayi iyunun 26-da, məhkumluq müddətinin başa çatmasına 2 gün qalmış “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edilib. Bundan sonra onun azadlığa buraxılması üçün 30 milyon tümənlik mülki vəsiqə qərarı təyin olunub. Lakin məhkəmə məsulları təyin olunan vəsiqəni qəbul etməkdən imtina edir və bu şəkildə fəalın azadlığa buraxılmasına maneçilik yaradırlar.

Məhkəmə azərbaycanlı fəala qarşı irəli sürdüyü “sistemin əleyhinə təbliğat aparma” ittihamının “sübutlar”ı kimi, onun həbsxanada Abbas Lisani və digər fəallarla telefon əlaqəsi saxlaması və aclıq aksiyası keçirməsini göstərib.
Fəal irəli sürülən ittihamı saxta və əsassız adlandırıb və bildirib ki, bu, təhlükəsizlik qüvvələri tərəfindən ona təzyiq göstərilməsi və azadlığa çıxmasının qarşısının alınması üçün təşkil edilən yeni oyundur.

Geri dön