Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsveç XİN: 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımaq çətindir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > İsveç XİN: 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımaq çətindir

İsveç XİN: 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımaq çətindir


İsveçin Xarici İşlər naziri Marqot Vallstrom keçirdiyi mətbuat konfransında deyib ki, onun ölkəsi üçün 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri “erməni soyqırımı” kimi tanımaq çətindir.

Anadolu agentliyi xəbər verir ki, isveçli nazir qeyd edib: “Bizim üçün 1915-ci il hadisələrini ermənilərin və assuriyalıların soyqırımı kimi tanımaq mümkün görünmür. Bir ölkəyə qarşı soyqırımı iddiaları irəli sürmək üçün sizin əlinizdə tutarlı dəlillər olmalıdır”. Vallstrom əlavə edib ki, soyqırımı aktını beynəlxalq hüquq normaları çərçivəsində tanımaq üçün etibarlı mənbələr, şahid ifadələri və digər sübutlar olmalıdır.

Türkiyə Osmanlı imperiyası dövründə Anadolunun şərqində baş vermiş faciəli hadisələrin, erməni daşnak qruplarının Rusiyanın təcavüzü zamanı türklərə qarşı döyüşməsi fonunda cərəyan edən proseslərin sözdə “erməni soyqırımı” kimi tanınmasının əleyhinə çıxış edir. Ankara bəyan edir ki, həmin vaxt rus qoşunları və erməni quldurları tərəfindən də türk millətindən olan çoxlu sayda dinc insan qətlə yetirilib.

Geri dön