Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya aviaşirkətləri Tbilisidən sonuncu reyslərini həyata keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Rusiya aviaşirkətləri Tbilisidən sonuncu reyslərini həyata keçirib

Rusiya aviaşirkətləri Tbilisidən sonuncu reyslərini həyata keçirib


Rusiya aviaşirkətlərinə məxsus sərnişin təyyarələri prezident Vladimir Putinin fərmanı ilə tətbiq edilmiş qadağa ilə əlaqədar Gürcüstanın paytaxtı Tbilisidən Rusiya ərazisinə sonuncu reyslərini həyata keçiriblər.

Bu barədə Tbilisi hava limanından bildiriblər.

İki ölkə arasında birbaşa reysləri altı Rusiya və iki Gürcüstan aviaşirkətləri həyata keçirirdi. Bildirilir ki, Tbilisi hava limanından son iki təyyarə yerli vaxtla 19:00 və 19:55-də uçub.

Kurort şəhəri olan Batumidən isə gecə yarısı “Pobeda” aviaşirkətinə məxsus sonuncu reys Yekaterinburq istiqamətində havaya qalxacaq.

Uçuş qrafikinə əsasən, Moskvadan Tbilisiyə sonuncu reysi gecə saat 02:00-da “Aeroflot” şirkəti həyata keçirəcək.

Geri dön