Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazir: "TAP kəməri İtaliya istehlakçılarına fayda gətirəcək"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Nazir: "TAP kəməri İtaliya istehlakçılarına fayda gətirəcək"

Nazir: "TAP kəməri İtaliya istehlakçılarına fayda gətirəcək"


Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin müavini Quqlielmo Pikkinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, P. Şahbazov iki ölkə münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyini və bu əlaqələrin yüksək səviyyəli qarşılıqlı səfərlərlə daha da möhkəmləndiyini qeyd edib. İtaliya şirkətlərinin Azərbaycanda çoxşaxəli fəaliyyətinə toxunan nazir onların investor kimi fəaliyyətlərini genişləndirməsi, iqtisadiyyatın şaxələndirilməsi prosesində iştirakları üçün imkanların olduğunu bildirib.

Bundan başqa, P. Şahbazov İtaliya ilə iqtisadi tərəfdaşlıqda enerji sektorunun vacib rolunu diqqətə çatdıraraq, Trans-Adriatik boru qaz kəməri layihəsinin (TAP) İtaliya istehlakçıları üçün faydalarından bəhs edib.

“Cənub Qaz Dəhlizi” nin hər iki ölkə üçün əhəmiyyət daşıdığını vurğulayan nazir müavini Q. Pikki TAP-ın enerji resurslarının şaxələndirilməsində rolunu yüksək qiymətləndirib və layihənin vaxtında başa çatması üçün mövcud dəstəyi diqqətə çatdırıb.

Görüşdə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın cari ildə keçiriləcək 5-ci iclasına hazırlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Gələcəkdə kəmərin illik nəqletmə gücü 20 mlrd. kubmetrə artırılması planlaşdırılıb.

Geri dön