Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dani Alves dünya rekordunu yeniləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Dani Alves dünya rekordunu yeniləyib

Dani Alves dünya rekordunu yeniləyib


Braziliya milli komandasının futbolçusu Dani Alves dünya rekordunu yeniləyib.

Təcrübəli müdafiəçi komanda ilə qazanılan titulların sayında özünün məxsus olduğu rekord göstəricini 40-a çatdırıb.

Dünyanın ən titullu futbolçusu yubiley uğuruna Amerika kubokunda imza atıb. O, Braziliya yığması ilə qitə çempionu adına yiyələnib.

36 yaşlı “sambaçı” millidə 4-cü qızıl medalına sahib çıxıb. Onun hesabında iki Amerika kuboku, iki Konfederasiyalar kuboku var.

Digər 36 titul klubların heyətində əldə olunub. D.Alves 9 dəfə ölkə çempionatı (İspaniya – 6, Fransa – 2, İtaliya – 1), 7 dəfə ölkə kuboku (İspaniya – 5, Fransa – 1, İtaliya – 1), 7 dəfə ölkə Superkuboku (İspaniya – 5, Fransa – 2), Liqa kuboku (Fransa), 3 dəfə Çempionlar Liqası (hamısı “Barselona”yla), 2 dəfə UEFA kuboku (hər ikisi “Sevilya”yla), 4 dəfə UEFA Superkuboku, 3 dəfə klublararası dünya çempionatının qalibi olub.

Qeyd edək ki, D.Alves karyerası ərzində “Bayya” (Braziliya), “Sevilya”, “Barselona” (İspaniya), “Yuventus” (İtaliya) və PSJ-də (Fransa) çıxış edib.

Geri dön