Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu il paytaxtın Nizami və Xəzər rayonlarında “DOST” mərkəzlərinin açılması planlaşdırılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Bu il paytaxtın Nizami və Xəzər rayonlarında “DOST” mərkəzlərinin açılması planlaşdırılır

Bu il paytaxtın Nizami və Xəzər rayonlarında “DOST” mərkəzlərinin açılması planlaşdırılır


Bu il Bakıda daha iki “DOST” mərkəzinin fəaliyyətə başlaması gözlənilir. Belə ki, paytaxtın Nizami və Xəzər rayonlarında “DOST” mərkəzlərinin açılması planlaşdırılır. Gələn ildən həmin mərkəzlər regionları da əhatə etməyə başlayacaq.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı “DOST” mərkəzinin direktoru Seymur Alıyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsində deyib.

S.Alıyev bildirib ki, mayın 9-da açılan 1 saylı “DOST” mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün 400-dən çox vətəndaş müraciət edir. 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 “DOST mərkəzi”nin açılması nəzərdə tutulub.

Geri dön