Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Polşa Azərbaycana yeni səfirini təyin edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Polşa Azərbaycana yeni səfirini təyin edib

Polşa Azərbaycana yeni səfirini təyin edib


Polşa Respublikasının Prezidenti Andjey Duda iyulun 9-da iki yeni səfiri postlarına təsdiqləyib.

Rafal Poborski Polşanın Azərbaycandakı səfiri təyin olunub. O, bu vəzifədə Marek Tsalkanı əvəz edəcək.

Rafal Poborski 1976-cı ildə doğulub. Varşava Universitetinin şərqşünaslıq fakültəsini bitirən diplomat 2005-2006-cı illərdə Polşa XİN-in Avropa departamentində attaşe, 2006-2016-cı illərdə isə Şərq Siyasəti Departamentində çalışıb. O, 2016-cı ildə “EXPO-2012” Beynəlxalq Sərgi Təşkilatının diplomatik dəstək üzrə işçi qrupunun üzvü olub.

Polşanın ikinci təyinatı isə NATO-dakı yeni daimi nümayəndəsidir. Bu vəzifəyə isə ixtisasca hüquqşünas olan Tomas Şatkovski təyin olunub. T.Şatkovski bu postda Marek Jolkovskini əvəzləyəcək.

Aygün Əliyeva

Geri dön