Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın Mərkəzi Bankı Güney Azərbaycanda bölgəsəl bankının təsis edilməsi ilə razılaşmır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın Mərkəzi Bankı Güney Azərbaycanda bölgəsəl bankının təsis edilməsi ilə razılaşmır

İranın Mərkəzi Bankı Güney Azərbaycanda bölgəsəl bankının təsis edilməsi ilə razılaşmır


Lazımi şərait mövcud olduğu halda Güney Azərbaycanda bölgəsəl bankın təsis edilməsinə imkan verilmir.
Bunun səbəbi İran Mərkəzi Bankının razılıq verməməsidir.

Təbriz Ticarət Palatasının rəisi Yunis Jaelə mövzu ilə bağlı “Əncümən Azərbaycan” saytına bildirib ki, hələlik Mərkəzi Bank bölgəsəl bankın təsis edilməsinə razılıq verməyib.

O yerli məsullar və ya millət vəkillərinin sözügedən bankın təsis edilməsi istiqamətində lobbiçilik etməsi məsələsinə də toxunub.

“Deputatların lobbiçilik etməsinə ehtiyac yoxdur. Bu barədə yalnız Mərkəzi Bank qərar verir, lakin hələlik razılıq verdiyinə dair heç bir açıqlama yoxdur.
Biz Azərbaycanda belə bir bankın təsis edilməsi ilə bağlı razılıq verilməsini gözləyirik. Bu baş verərsə, bankın yaradılması üçün lazımi şərait yaradılacaq.”- deyə Yunis Jaelə bildirib.

Geri dön