Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misirin milli bayramı münasibətilə Bakıda qəbul keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Misirin milli bayramı münasibətilə Bakıda qəbul keçirilib

Misirin milli bayramı münasibətilə Bakıda qəbul keçirilib


İyulun 10-da Bakıda Misirin milli bayramı münasibətilə qəbul keçirilib.

Əvvəlcə Azərbaycanın və Misirin dövlət himnləri səsləndirilib.

Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim tədbirdə çıxış edərək deyib ki, Azərbaycan-Misir dostluğu möhkəm özül üzərində qurulub.

Ölkəsinin müstəqillik tarixindən söz açan səfir Misirlə Azərbaycan arasında müxtəlif sahələrdə sıx dostluq əlaqələrinin mövcudluğunu diqqətə çatdırıb. O, ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov milli bayram münasibətilə Misir xalqını təbrik edib. O bildirib ki, Azərbaycan ilə Misir arasında güclü dostluq əlaqələri mövcuddur və əlaqələrin inkişaf potensialı çox böyükdür.

Ziyafət Əsgərov yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Qəbulda rəsmi şəxslər, deputatlar, diplomatik korpusun üzvləri, media nümayəndələri iştirak ediblər.

Geri dön