Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan atleti Universiadada qızıl medal qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan atleti Universiadada qızıl medal qazanıb

Azərbaycan atleti Universiadada qızıl medal qazanıb


Azərbaycan atleti Nazim Babayev İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olub.
22 yaşlı idmançı 3 təkanla tullanma yarışında qızıl medala sahib olub.
O, 16,89 metr nəticə göstərərək, karyerasında ikinci dəfə Universiada çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, bu, Azərbaycanın XXX Yay Universiadasında ikinci qızıl medalı olub. Daha əvvəl idman gimnastı Marina Nekrasova da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında isə Azərbaycan millisi bürünc medala sahib olub.

Geri dön