Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Masallıdakı dəhşətli qəzada oğlunu itirən ana intihar etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Hadisə > Masallıdakı dəhşətli qəzada oğlunu itirən ana intihar etdi

Masallıdakı dəhşətli qəzada oğlunu itirən ana intihar etdi


Masallıda baş verən dəhşətli qəzada oğlunu itirən ana intihar edib.
Bu barədə qəza nəticəsində ölənlərin yaxınları sosial şəbəkədə məlumat veriblər.

Belə ki, hadisə zamanı ölən Rufullayev Ayxan Natiq oğlunun anası intihar edərək, həyatına son qoyub. Qadının qəzada yaralanan qızı - 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızının da özünü öldürdüyü bildirilir.

Qeyd edək ki, iyulun 9-da Masallı rayonunda yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.
Qəzada səkkiz nəfər ölüb. İki nəfər isə ağır xəsarət alıb.

Ölənlər 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları - 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu, 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlu, 2016-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1995-ci il təvəllüdlü Məmmədova Aytac Ələkbər qızı, 1996-cı il təvəllüdlü Məmmədova Gültac Ələkbər qızı, 1997-ci il təvəllüdlü Məmmədov Elgün Ələkbər oğludur.

Ağır qəzada xəsarət alan iki nəfər isə 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızı idi.

Geri dön