Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > TÜRKSOY-un baş katibinə yeni müavin təyin olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > TÜRKSOY-un baş katibinə yeni müavin təyin olunub

TÜRKSOY-un baş katibinə yeni müavin təyin olunub


Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Fırat Purtaşın səlahiyyət müddəti başa çatıb.

Bu münasibətlə TÜRKSOY-un mərkəzi qərargahında mərasim təşkil olunub. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Serdar Çam və başqaları Fırat Purtaşın səmərəli fəaliyyətindən bəhs edib, gələcək işlərində uğurlar arzulayıblar.

Səmimi sözlərə və arzulara görə minnətdarlığını ifadə edən Fırat Purtaş əminliklə bildirib ki, bundan sonra da TÜRKSOY-la əməkdaşlığı davam etdirəcək, kollektivlə ünsiyyətini kəsməyəcək.

Baş katib Düsen Kaseinov Qazaxıstanın “Xidmət” medalını Fırat Purtaşa təqdim etdikdən sonra, yeni müavin Bilal Çakıcı kollektivə təqdim olunub.

Sabir Şahtaxtı

Geri dön