Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şimali Koreyanın “Hvason-15” raketləri ABŞ ərazisinə çata bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Şimali Koreyanın “Hvason-15” raketləri ABŞ ərazisinə çata bilər

Şimali Koreyanın “Hvason-15” raketləri ABŞ ərazisinə çata bilər


ABŞ Silahlı Qüvvələrinin Koreya Respublikasındakı komandanlığı hesab edir ki, Şimali Koreyanın qitələrarası “Hvason-15” raketləri ABŞ ərazisinə zərbə endirməyə qadirdir.

Amerikalı hərbçilərin bu qiymətləndirməsi “2019 Strategic Digest” jurnalında dərc olunub.

“Qitələrarası “Hvason-15” raketləri ABŞ-ın materik hissəsində istənilən hədəfə çata bilər. KXDR, həmçinin 5,5 min kilometr uçuş məsafəsi olan iki ədəd qitələrarası “Hvason-13” və 12,87 min kilometr məsafə qət edən “Hvason-14” raketinə malikdir”, - məqalədə belə deyilir. ABŞ Silahlı Qüvvələrinin Koreya Respublikasındakı komandanlığı KXDR lideri Kim Çen Inın raket və nüvə sınaqları üçün nəzərdə tutulmuş poliqonların ləğvinə göstəriş verməsinə baxmayaraq, Koreya yarımadasının tam nüvəsizləşdirilməsi üçün hələ çox işlərin görülməli olduğunu qeyd edib.

Pxenyan yeni tip qitələrarası “Hvason-15” raketini 2017-ci ilin noyabrında sınaqdan keçirib. Raket 4475 kilometr hündürlüyə qalxaraq 950 kilometr məsafə qət edib.

Xatırladaq ki, ABŞ və KXDR arasında 2018-ci il iyulun 12-də Sinqapurda baş tutan ilk sammitin nəticəsinə əsasən Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə buna cavab olaraq KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.

2019-cu il fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən 2-ci ABŞ-KXDR sammiti isə nəticəsiz başa çatıb. Pxenyan və Vaşinqton birgə sənəd imzalamaqdan imtina edib, lakin dialoqu davam etdirmək barədə razılıq əldə olunub.

Geri dön