Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda NATO və Rusiya arasında görüş olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Bakıda NATO və Rusiya arasında görüş olub

Bakıda NATO və Rusiya arasında görüş olub


İyulun 10-da Bakıda Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov və NATO Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı, general Tod Ueltersin görüşü olub.
Tərəflər Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması üçün mümkün tədbirləri müzakirə edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiya Departamenti məlumat yayıb.

"Hərbi komandanlar Avropa və qlobal təhlükəsizlik, Rusiya-NATO təmas xəttində insidentlərin aradan qaldırılması üçün mümkün tədbirlər, terrorizmə qarşı mübarizə, Əfqanıstan və Suriyada vəziyyət barədə fikir mübadiləsi aparıb," məlumatda deyilir.

Geri dön