Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Babək Vəlipur müvəqqəti azadlığa buraxılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Babək Vəlipur müvəqqəti azadlığa buraxılıb

Babək Vəlipur müvəqqəti azadlığa buraxılıb


Güney azərbaycanlı milli-mədəni fəal Babək Vəlipur zaminə buraxılıb.

O mayın 25-də Tehranda Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılmışdır.

Azərbaycanlı fəalın 37 gün saxlandıqdan sonra müvəqqəti olaraq zaminə buraxıldığı bildirilir.

Fəal saxlandığı zaman etibarlı bir mənbə bu barədə GünAz TV-yə məlumat vermişdir. “Babək Vəlipurla Yaşar Nikru görüşməli idi. Lakin Babək görüşə bir gün qalmış Tehran Ettelaat İdarəsinin əməkdaşları tərəfindən tutuldu. Bir gün sonra isə Yaşar Nikru Rəşt şəhərində yaxalandı.”- deyə o bildirmişdir.

Qeyd edək ki, Yaşar Nikru 2 həftə xəbərsiz şəkildə saxlandıqdan sonra iyunun 11-də sərbəst buraxılıb.
Babək Vəlipur və Yaşar Nikru “Türkmən səhra” bölgəsində sel baş verdiyi zaman digər azərbaycanlı milli fəallarla birlikdə təbii fəlakət bölgəsinə gedib, onlar yardım etmə prosesində aktiv iştirakçılardan olublar.

N.S

Geri dön