Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycan Əyalətində daha bir məntəqənin türkcə adı fars sözü ilə dəyişdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycan Əyalətində daha bir məntəqənin türkcə adı fars sözü ilə dəyişdirilib

Qərbi Azərbaycan Əyalətində daha bir məntəqənin türkcə adı fars sözü ilə dəyişdirilib


İran rejimi Güney Azərbaycanda türk dilində olan coğrafi adları dəyişdirmək prosesini davam etdirir.

Son məlumata görə, Qərbi Azərbaycan Əyalətinin sərhədyanı Çaldıran bölgəsində yerləşən “Avacıq” məntəqəsinin adı dəyişdirilərək “Dəştək” adlandırılıb.

“Avacıq” sözü “abadlıq” mənası verən “Ava” və “kiçik” mənasında olan “cıq” şəkilçisinin birləşməsidir, türk dilində “kiçik abadlıq” və ya “kiçik kənd” mənası daşıyır.

“Avacıq” məntəqəsi Türkiyə ilə həmsərhəddir. Bu məntəqə kürd terror qruplaşmalarının aktiv olduğu bölgələrdən biridir.

Əslində İran rejimi bu məntəqədə coğrafi adları dəyişdirməklə bölgənin kürdləşdirilməsi prosesinə yardım göstərir. Dövlət müxtəlif layihələr adı altında əşayir adlandırdığı kürdləri bu məntəqədə yerləşdirir, bu məqsədlə Çaldıran kəndlərinin ərazisi tədricən bölgəyə köçən kürdlərə ötürülür. Şübhəsiz ki, bütün bunlar məntəqənin demoqrafik tərkibinin kürdlərin xeyirinə dəyişməsinə səbəb olur.
Kürd terror qruplaşmaları isə kürdləşdirmə prosesini sürətləndirmək məqsədi ilə bölgədə vaxtaşırı terror aktları həyata keçirir.

N.S

Geri dön