Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İyulun 17-də Ay tutulması baş verəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə, Bildiriş > İyulun 17-də Ay tutulması baş verəcək

İyulun 17-də Ay tutulması baş verəcək


İyulun 17-də bu ilin ikinci Ay tutulması (qismən) baş verəcək.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimum həddə olacaq və saat 02:59-da başa çatacaq.

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.

Geri dön