Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 59 İran və Suriya gəmisi daha Panama bayrağı ilə üzə bilməyəcək- Sanksiyaları pozduqlarına görə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > 59 İran və Suriya gəmisi daha Panama bayrağı ilə üzə bilməyəcək- Sanksiyaları pozduqlarına görə

59 İran və Suriya gəmisi daha Panama bayrağı ilə üzə bilməyəcək- Sanksiyaları pozduqlarına görə


İyulun 12-də Panama sanksiyalar və beynəlxalq qanunları pozan bir çox gəmi və tankerlərin artıq bu ölkənin bayrağı altında üzə bilməyəcəyini bəyan edib.

Bəyanatda vurğulanır ki, bu ölkə ötən aylar ərzində 60-a yaxın İran və Suriya gəmisinə Panama bayrağı ilə üzmək icazısi verib. Lakin dövlət hazırda beynəlxalq qanunlar və sanksiyaları pozan bu gəmilərdən çoxunun Panama bayrağı altında üzmək hüququnu ləğv etəməyi planlaşdırır.

“Reuters” agenliyinin adlarının açıqlanmasını istəməyən iki panamalı rəsmiyə istinadən yaydığı məlumata əsasən, 2018-ci ildə Amerikanın yenidən İrana qarşı sanksiya qəbul etməsindən sonra bu ölkənin prezidenti rəsmilərə bu Panama qeydiyyatdan keçmiş 59 gəminin siyahıdan çıxarmaları istiqamətində yaşıl işıq yandırıb.

Rəsmilər bildiriblər ki, bu gəmilərin əksəriyyəti İranın idarə etdiyi şitkətlərin mülkiyyətindədirlər, bəziləri isə Suriyaya neft daşımaqla, sanksiyaları pozan tankerlərdir.

Xatırladaq ki, iyulun 4-də İrandan Suriyaya neft daşıyan tanker Britaniya Hərbi Dəniz Qüvvələri tərəfindən Cəbəri-Tariq boğazında saxlanmışdı. Dünyanın bir çox ölkələri rəsmi Tehran tərəfindən Avropa İttifaqının Əsəd rejiminə qarşı qəbul edilmiş sanksiyaları pozmasına kəskin münasibət bildirmişdilər.

Geri dön