Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > XİN: İranda həbsdə saxlanılan şairlərlə bağlı məhkəmə qərarı yaxın 15-20 gün ərzində çıxarılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > XİN: İranda həbsdə saxlanılan şairlərlə bağlı məhkəmə qərarı yaxın 15-20 gün ərzində çıxarılacaq

XİN: İranda həbsdə saxlanılan şairlərlə bağlı məhkəmə qərarı yaxın 15-20 gün ərzində çıxarılacaq


Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun nümayəndələri dünən bu ölkədə həbsdə saxlanılan Fərid Hüseyn və Şəhriyar Hacızadənin işinə baxan hakimlə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev məlumat verib.
Abdullayev bildirib ki, 15-20 gün ərzində Fərid Hüseyn və Şəhriyar Hacızadənin məhkəməsi yekunlaşacaq və onlar barəsində çıxarılacaq qərarla bağlı məlumat veriləcək.
Abdullayevin sözlərinə görə, hakim bildirib ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə barəsində hələlik rəsmi ittiham və qərar yoxdur.
Qeyd edək ki, azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunublar.

Geri dön