Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Amerika körfəzdə İran təhdidinə mövzusunda konfrans keçirəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Amerika körfəzdə İran təhdidinə mövzusunda konfrans keçirəcək

Amerika körfəzdə İran təhdidinə mövzusunda konfrans keçirəcək


Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti körfəzdə gəmiçilik sahəsində təhlükəsizlik məsələlərini müzakirə etmək üçün konfrans keçirəcəyi ilə bağlı məlumat yayıb.

Məlumata əsasən, konfrans cümə günü amerikalı və bir neçə xarici ölkənin yüksək vəzifəli rəsmilərinin iştirakıyla keçiriləcək.

Görüş zamanı tərəflər körfəzdə və Yaxın Şərq bölgəsində gəmilərin azad və təhlükəsiz şəraitdə hərəkətinin təmin edilməsi üçün müzakirələr aparacaqlar.

Dövlət Departamenti bildirir ki, bunun reallaşması və mövcud təhdidlərin aradan qaldırılması üçün dünya ölkələri birlikdə təşəbbüs göstərməlidirlər.

Konfrans Hörmüz boğazında İran təhdidlərinin artması fonunda beynəlxalq gəmiçiliyə qarşı yaranan təhlükələrin aradan qaldırılması yollarının müzakirə edilməsi üçün keçiriləcək.

Cümə günü baş tutacaq müzakirələrdən öncə 65 ölkənin Bəhreyndə bir araya gələrək, İranın körfəzdə həyata keçirdiyi təxribatçı addımlar və yaratdığı təhdidlər mövzusunda fikir mübadiləsi aparacağı gözlənilir.

Geri dön