Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizin millət vəkili “İstiqlal” və “Perspolis” komandalarının əhalinin vəsaiti hesabına Türkiyəyə səfər etməsinə etiraz bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizin millət vəkili “İstiqlal” və “Perspolis” komandalarının əhalinin vəsaiti hesabına Türkiyəyə səfər etməsinə etiraz bildirib

Təbrizin millət vəkili “İstiqlal” və “Perspolis” komandalarının əhalinin vəsaiti hesabına Türkiyəyə səfər etməsinə etiraz bildirib


Təbrizin millət vəkili Tehranın “İstiqlal” və “Perspolis” komandalarını “məsulların arxa həyəti” adlandıraraq bu komandaların dövlətin vəsaiti hesabına Türkiyəyə səfər etməsini pisləyib.

Bu barədə Əhməd Əlirzabeygi “Fars” xəbər agentliyinə danışıb.
“İqtisadi Komissiyanın keçirdiyi iclaslarda Tehranın “İstiqlal” və “Perspolis” klublarının özəlləşdirilməsinin vacib olduğunu vurğuladıq. Bu barədə çoxlu qaneedici fikirlər səsləndirildi, biz hələ də bu məsələni gündəmdə saxlayırıq. Lakin dövlət bu klubları özəlləşdirmək niyyətində deyil.”- deyə o bildirib.

O vurğulayıb ki, bu iki klub məsulların arxa həyətinə çevrilib. Onların yaxınları bu klubların müxtəlif postları, o cümlədən idarə heyətinə təyinat alır. Ona görə də həmin klubların özəl sektora buraxılması istiqamətində heç bir addım atılmır.

““İstiqlal” və “Perspolis”in hökumət klubu olmasına əhali də etiraz edir. Gənclər və idman naziri isə bu etirazları eşitməyə hazırdır, amma klubları özəlləşdirmək fikrində deyil.
Konstitusiyanın 44-cü maddəsinə əsasən dövlət klubları da özəl sektora buraxılmalıdır. Ona görə də 80 milyon əhalinin pulu “İstiqlal” və “Perspolis”ə xərclənməli deyil. Ola bilsin ki, bəziləri bu klubların sponsorlar tərəfindən maliyyələşdiyini iddia etsin. Bu iddia doğru olsa belə, yenə də dolayısı yolla dövlətin vəsaiti hesabına baş verir.”- deyə Əhməd Əlirzabeygi bəyan edib.

Azərbaycanlı millət vəkili vurğulayıb ki, müəllimlərin əlavə iş saatı ödənilmədiyi bir vaxtda, bəzi məktəblərdə hətta təbaşir (gəç) problem yaşandığı halda bu komandaların əhalinin vəsaiti hesabına Türkiyəyə səfər etməsi düzgün deyil. Hesab eliyirəm ki, “İstiqlal” və “Perspolis”in bu şəraitdə Türkiyədə təlim-məşq keçirməsi qanunsuzluqdur.

Adını çəkdiyimiz klublar son illərdə fars şovinizmi və irqçiliyinin simvoluna çevrilib. Hökumət tərəfindən maliyyələşdirilən komandaların yarışlarında sistemli şəkildə Azərbaycan türk milləti və Güney Azərbaycanın “Traxtur” komandası onların tərəfdarları tərəfindən aşağılanır, dövlət isə bu məsələyə səssiz qalır. Bu o halda baş verir ki, Güney Azərbaycanda bir çox idman komandası maliyyə sıxıntıları ilə əlaqədar ləğv olunaraq sıradan çıxır və ya bir çox problem içində fəaliyyətini davam etdirir.

Xatırladaq ki, bu ilin əvvəlində Gənclər və İdman Nazirliyi adı çəkilən klublara 1 milyon avro vəsait ödəyib. Bu məsələ Təbrizin keçmiş İcra Hakimiyyəti başçısı Rəhim Şöhrətifərin kəskin reaksiya verməsinə səbəb olmuşdur. O bununla bağlı İnstaqram səhifəsində kəskin etiraz postu paylaşmışdır.

Geri dön