Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran Xəzərə hərbi gəmilər buraxacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > İran Xəzərə hərbi gəmilər buraxacaq

İran Xəzərə hərbi gəmilər buraxacaq


Bu ilin sonuna kimi İranın sərhəd qoşunlarına cənub və şimalda, o cümlədən Xəzər dənizində 9 ədəd yarımağır gəmi təhvil veriləcək.

Bunu İranın Sərhəd Qoşunları komandanı general-mayor Qasım Rzayi deyib.

Q.Rzayinin sözlərinə görə, gəmilər İranın şimal-şərqində Gülüstan vilayətinin sərhəd qoşunlarına da təhvil veriləcək.

Komandan onu da əlavə edib ki, İran və Türkmənistan arasında münasibətlərin inkişaf etdirilməsi üçün iki ölkənin sərhəd qoşunları komandanları arasında görüşlər təşkil edilməlidir.

Geri dön