Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Günəş fəallığı çox aşağı səviyyədə qalacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Günəş fəallığı çox aşağı səviyyədə qalacaq

Günəş fəallığı çox aşağı səviyyədə qalacaq


Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası meteohəssas insanları daha çox maraqlandıran kosmik hava durumu və proqnozunu açıqlayıb.

Ötən gün Günəş diski ləkəsiz olub. Koronoqraf görüntülərində Yerə doğru yönələn hər hansı bir cism müşahidə olunmayıb.

Növbəti günlər - iyulun 18-dən 20-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Proqnoz dövründə ümumən sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı iyulun 18 və 19-da 5 faizdən, iyulun 20-də isə 1 faizdən aşağı qiymətləndirilir.

Geri dön