Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Prezidenti Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentlərini təbrik edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycan Prezidenti Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentlərini təbrik edib

Azərbaycan Prezidenti Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentlərini təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Ursula Fon der Lyayenə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli xanım Fon der Lyayen,

Avropa Komissiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm".

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişelə də təbrik ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Mişel,

Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Geri dön