Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrandan geri addım: “Nüvə Silahının Yayılmaması haqqında Sazişə qoşulmağa hazırıq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İrandan geri addım: “Nüvə Silahının Yayılmaması haqqında Sazişə qoşulmağa hazırıq”

İrandan geri addım: “Nüvə Silahının Yayılmaması haqqında Sazişə qoşulmağa hazırıq”


Qərb media orqanları İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin ölkəsinin Nüvə Silahının Yayılmaması haqqında Sazişə qoşulmağa hazır olduğunu deməsi barədə məlumat dərc ediblər.

İlk olaraq Britaniyanın “Guardian” qəzetində yayınlanan xəbərdə bildirilir ki, Zərif Nyu-Yorkda, İranın Birləşmiş Millətlər Təşkilatı yanında nümayəndəliyinin ofisində jurnalistlərlə keçirdiyi dəyirmi masada bu sözləri bildirib. Agentliyin məlumatına əsasən, İran XİN-in rəhbəri bunun qarşılığında Donald Trampdan ölkəsinə qarşı qəbul edilmiş bütün sanksiyaların ləğv edilməsini istəyib.

Zərifin bu təklifinin media orqanlarında əks olunmasından bir neçə saat keçməsinə baxmayaraq, hələ ki, Dövlət Departamenti də daxil olmaqla, ABŞ-ın heç bir qurumu və rəsmisi buna rəsmi formada münasibət bildirməyib.

İran media orqanları da Zərifin sözlərini “Guradian”ın iddiası kimi təqdim ediblər.

Sözügedən sazişə qoşulmaq İranın öz nüvə fəaliyyətlərində daha əhatəli və daimi yoxlamalar aparılmasına icazə verməsi anlamına gəlir.

Zərifin təklifi İranın Hərtərəfli Birgə Fəaliyyət Planında qəbul etdiyi və 2023-cü ildə icra etməli olduğu öhdəlikdir. Hazırda isə İran Xarici Siyasət İdarəsinin rəhbəri ABŞ prezidenti Donald Trampın sanksiyaları ləğv etdiyi təqdirdə, ölkəsinin sazişə qoşulmaq üçün 4 il gözləməyəcəyini, bunu dərhal edəcəyini bəyan edir.

“Reuters” agentliyi adlarının açıqlanması istəməyən 2 amerikalı rəsmidən aldığı müsahibəyə əsasən xəbər verir ki, rəsmi Vaşinqton Zərifin bu təklifinə müsbət yanaşmır.

Həmin rəsmilər agentliyə bildiriblər ki, İran sanksiyalardan yaxa qurtarmaq üçün təklif kimi irəli sürdüyü kiçik addımı çox böyük göstərməyə çalışır.

Qeyd etmək lazımdır ki, 2015-ci ildə İranla 5+1 ölkələri arasında imzalanan nüvə razılaşmasına əsasən, rəsmi Tehran razılaşmanın icraata qoyulmasından 8 il sonra, yəni 2023-cü ildə Nüvə Silahının Yayılmaması haqqında Sazişə qoşulmalı, bununla da öz nüvə fəaliyyətində daha əhatəli yoxlanışlar aparılması üçün əngəlləri aradan qaldırmalı idi. Lakin 2018-ci ilin mayında Tramp razılaşmanı naqis adlandıraraq, ölkəsinin İrana qarşı yenidən sanksiyalar qəbul edəcəyinin anonsunu vermiş və nüvə razılaşmasından çıxmışdı.

Dünən (18 iyul-red) Donald Tramp bildirmişdi ki, İranla daha uzun müddətli razılaşma əldə etmək istəyir. Onun sözlərinə görə, İranın nüvə silahı əldə edə bilməməsi üçün 100 illik və bəlkə də daha artıq müddətdə imzalanacaq razılaşma ərsəyə gəlməlidir.

Geri dön