Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İraqda hava əməliyyatı nəticəsində çoxlu sayda Hizbullah və “Sepah” terroristi ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İraqda hava əməliyyatı nəticəsində çoxlu sayda Hizbullah və “Sepah” terroristi ölüb

İraqda hava əməliyyatı nəticəsində çoxlu sayda Hizbullah və “Sepah” terroristi ölüb


Ərəbdilli media orqanlarının yaydıqları məlumata əsasən, bu gün naməlum qırıcılar “Həşdəş-Şəbi” yaraqlılarının Səlahəddin vilayətində yerləşən düşərgələrindən birinə qarşı hava hücumu həyata keçiriblər.

Məlumatlara görə, endirilmiş hava zərbələri nəticəsində düşərgədə olan Livan Hizbullahı və Sepah terror təşkilatlarının çoxlu sayda üzvü ölüb.

Yerli əhalinin dediklərinə görə, anidən iki naməlum qırıcı İranın ballistik raketlərinin saxlandığı bu düşərgəyə hava zərbələri endirib.

Hava hücumunun hansı ölkənin həyata keçirdiyi barədə heç bir məlumat yoxdur.

Geri dön