Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Sepah” Hörmüz Boğazında Britaniyanın 2 neft tankerini saxlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Sepah” Hörmüz Boğazında Britaniyanın 2 neft tankerini saxlayıb

“Sepah” Hörmüz Boğazında Britaniyanın 2 neft tankerini saxlayıb


İran İnqilab Keşikçiləri Korpusu (Sepah) iyulun 19-da körfəzdəki Hörmüz Boğazında üzən Böyük Britanıyanın 2 neft tankerini saxlayıb. Tankerlərin saxlanılması, İranın dini lideri Əli Xamneyinin Böyük Britaniyanı təhdid etməsindən üç gün sonraya təsadüf edib.

“Sepah”ın sürət qayıqları bir helikopterin müşayiəti ilə Britaniya bayrağı altında Hörmüz Boğazının yaxınlığında hərəkət edən “Stena İmpero” tankerini təhdid etdikdən sonra, onu İran sahillərinə yönəldiblər. Tankerin saxlanmasından yarım saat sonra, “Sepah” qayıqları Liberiya bayrağı altında hərəkət edən Britaniyaya məxsus “Mesdar” tankerini də eyni qaydada mühasirəyə alaraq, onu istiqamətini dəyişib İran sahillərinə doğru hərəkət etməyə vadar ediblər. Lakin “Mesdar” tankeri İran sahillərinə qədər yönləndirilsə də, az sonra Britaniyanın dənizçilik mənbələri onun azad edildiyi ilə bağlı yayılan xəbərləri təsdiq ediblər.

Bildirilir ki, azad edilən tankerin kapitanı və digər ekipaj üzvləri ilə əlaqələr yenidən bərpa edilib və “Sepah”çılar qayığı artıq tərk ediblər. Tankerin ekipaj üzvlərinin sağ-salamat olduğu bildirilir. “Sepah” isə yaydığı bəyanatda Britaniyaya məxsus “Stena İmpero” tankerini beynəlxalq dənizçilik qaydalarını pozduğuna görə saxladığını bildirib.

Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəllüttariq rəsmiləri İranın Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar.



İranın dini lideri Əli Xamneyi iyulun 16-da müxtəlif şəhərlərin imam cümələri ilə görüşdə çıxış edərək, İranın neft daşıyan gəmisinin Britaniya Dəniz Qüvvələri tərəfindən saxlanılmasına toxunaraq, rəsmi Londonu təhdid edib.



Britaniyanı “dəniz quldurluğu”nda günahlandıran Xamneyi, bu ölkənin hökumətini “xəbis” adlandıraraq, ona qarşı cavab tədbiri görəcəkləri ilə təhdid edib: “Bu gün xəbis İngiltərə dəniz quldurluğu ilə məşğul olur, gəmimizi oğurlayaraq cinayət törədir, öz cinayətinə isə qanuni don geyindirərək onu leqallaşdırır. Halbuki İran İslam Respublikası və bu sistemin mömin qüvvələri onun bu xəbis əməllərini cavabsız qoymayacaqlar” –deyə Xamneyi əlavə edib.

Geri dön