Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gənc cüdoçularımız Avropa kuboku yarışında 2 qızıl, 2 bürünc medal qazanıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Gənc cüdoçularımız Avropa kuboku yarışında 2 qızıl, 2 bürünc medal qazanıblar

Gənc cüdoçularımız Avropa kuboku yarışında 2 qızıl, 2 bürünc medal qazanıblar


Çex Respublikasının paytaxtı Praqada Azərbaycanın cüdo üzrə gənclərdən ibarət yığmasının da qatıldığı Avropa kuboku yarışı keçirilib.

Cüdoçularımız beynəlxalq turnirdə 2 qızıl, 2 bürünc medal qazanıblar. Təmsilçilərimiz Rövşən Əliyev (60 kq) və İmran Yusifov (+100 kq) bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olublar. Digər cüdoçularımız Rəşad Yelkiyev (60 kq) və Davud Abbaslı (66 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışıb.

Geri dön