Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur” komandası Türkiyədən qayıtdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur” komandası Türkiyədən qayıtdı

“Traxtur” komandası Türkiyədən qayıtdı


Güney Azərbaycanın “Traxtur” futbol komandası Türkiyədə təlim-məşq toplanışını başa vurduqdan sonra Təbrizə qayıdıb.

Mustafa Dənizlinin yetirmələri super liqa yarışlarının növbəti mövsümünə hazırlaşmaq məqsədi ilə Türkiyənin Ərzurum şəhərində iyulun 10-da təlim-məşq toplanışına başlamışdır. Komanda üzvlərini gətirən təyyarə iyulun 23-ü axşam saatlarında Təbrizin hava limanına enib.

“Traxtur”un oyunçuları bu müddətdə baş məşqçi Mustafa Dənizlinin nəzarəti altında məşqlər keçirib, “Giresunspor” və “Rizəspor” komandaları ilə yoldaşlıq görüşü keçirib. Güney Azərbaycan komandası görüşlərin birində qələbə qazanıb, digərini isə bərabər hesabla başa vurub.

Mustafa Dənizli təlim-məşq toplanışını yenicə başa vuran “Traxtur” oyunçularına 3 gün istirahət verib, komandanın məşqləri şənbə günündən “Bonyan dizel” stadionunda başlayacaq.

Geri dön