Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı üçün qeydiyyatı yekunlaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı üçün qeydiyyatı yekunlaşır

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı üçün qeydiyyatı yekunlaşır


Bu gün Azərbaycan İlahiyyat İnstitutunun bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı üçün qeydiyyatı başa çatır.

İnstitutdan bildirilib ki, III ixtisas qrupu üzrə imtahan verib İslamşünaslıq ixtisasına uyğun bal toplayan tələbələr qabiliyyət imtahanı üçün iyulun 24-ü saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutuna İslamşünaslıq ixtisası üzrə qəbul olunmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur. Qabiliyyət imtahanına buraxılış balı 150 (yüz əlli) olaraq müəyyənləşdirilib.

Dini-Psixoloji Komissiya DİM tərəfindən qabiliyyət imtahanlarını keçirmək məqsədilə yaradılıb və tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar və DİM-in əməkdaşları daxil edilib.

Qabiliyyət imtahanı zamanı abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyəti, yaradıcı təfəkkür imkanları xüsusi psixoloji metodla müsahibə əsasında müəyyənləşdirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul” qiymətləndirilir. Məqbul qiymət alan abituriyentlər DİM-in İslamşünaslıq ixtisası üzrə ixtisas seçimində iştirak edə bilərlər.

Geri dön