Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sablyaçılarımız dünya çempionatının komanda yarışında 13-cü olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İdman > Sablyaçılarımız dünya çempionatının komanda yarışında 13-cü olub

Sablyaçılarımız dünya çempionatının komanda yarışında 13-cü olub


Macarıstanın Budapeşt şəhərində qılıncoynatma üzrə dünya çempionatı başa çatıb.

Turnirin son günü qadın sablyaçıların komanda yarışında mükafatçılar müəyyənləşib. Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakovadan ibarət komandamız ilk görüşünü Böyük Britaniyaya qarşı keçirib. Rəqibini 45:38 hesabı ilə məğlub edən sablyaçılarımız, ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda görüşdə dünya çempionu Rusiya komandasına 38:45 hesabı ilə uduzub. 9-12-ci yerlər uğrunda görüşdə isə İspaniyaya 37:45 hesabı ilə məğlub olan sablyaçılarımız Honkonqa 45:31, Türkiyə yığmasına isə 45:38 hesabı ilə qalib gəlib. Beləliklə, qadın sablyaçılarımız 31 yığma komanda arasında 13-cü olub.

Geri dön