Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda su elektrik stansiyasında güclü yanğın baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda su elektrik stansiyasında güclü yanğın baş verib

İranda su elektrik stansiyasında güclü yanğın baş verib


İranın Əndimeşk şəhərində, Dez su səddinin üzərində yerləşən su elektrik stansiyasında güclü yanğın baş verib.

Dünən günorta saatlarında başlayan yanğın təxminən 3 saatdan artıq bir müddətdə söndürülüb. Hadisə nəticəsində 1 yanğınsöndürənin yaralandığı və xəstəxanaya yerləşdirildiyi deyilir.

İran Fövqəladə Hallar Nazirliyinin Xuzistan bölməsinin yaydığı bəyanata əsasən, yanğına səbəb su elektrik stansiyasının avadanlıqlarından birində yaranmış nasazlıq olub. Dəyən ziyanın miqdarının yüksək olduğu bildirilir.

Geri dön