Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmiyədə Ənsari Qacar Evində yanğın baş verib – GÖRÜNTÜ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiyədə Ənsari Qacar Evində yanğın baş verib – GÖRÜNTÜ

Urmiyədə Ənsari Qacar Evində yanğın baş verib – GÖRÜNTÜ


Güney Azərbaycanda qədim abidələr və milli tarixi əks etdirən əsərlər baxımsızlıqdan dolayı müxtəlif formalarda sıradan çıxmaqdadır.

Son məlumata görə, məsulların laqeyd münasibəti nəticəsində baxımsız vəziyyətdə olan Urmiyə Ənsari Qacar Evi yanıb. Çərşənbə günü baş verən yanğında tarixi binaya ağır ziyan dəyib.

Bu barədə Urmiyə Yanğınsöndürmə Təşkilatının icraçı direktoru İbrahim Şad Quşçu “İsna” xəbər agentliyinə danışıb.
“Hadisənin səbəbləri araşdırılır. Lakin yanğının isti havadan binanın həyətindəki alaq otlarında əmələ gəldiyi ehtimal olunur. Yanğın həyətdə park edilən “Prayd” markalı avtomobilə çatıb. Quru alaq otlarının çox olduğundan yanğın evin zerzəmisini də bürüyüb. Hadisə nəticəsində tarixi binaya ağır ziyan dəyib.”- deyə o bildirib.

İbrahim Şad Qoşçu dəyən ziyanın Mədəni İrs Təşkilatı tərəfindən hesablanacağını bildirərək ən çox evin fasadına ziyan dəydiyini vurğulayıb.

Qərbi Azərbaycan Mədəni İrs Təşkilatının rəisi Cəlil Cabbari, Ənsari Evinin tarixi bir əsər kimi, hazırda Təhsil Şöbəsinin mülkiyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bina mülkiyyətində olduğu orqan tərəfindən təmir edilib və bərpa olunmalıdır.
“Bu bina qorunub saxlanmalıdır. Bina tarixi əsər olsa da, ona altıncı proqram qanununun 98-ci maddəsinə görə mülkiyyətində olan orqan baxmalıdır.”- deyə o vurğulayıb.

Qacarlar dövründən qalan Ənsari Evi Urmiyənin “Göl üstü” meydanında yerləşir. Babək Cəfəriyə aid ev sonralar Seyfullaxan Ənsarinin həyat yoldaşı olan qızına (Bədrul Meluk) miras qalıb. Tarixi binanın “Ənsari” adı ilə tanınması da məhz bununla bağlıdır.
Xüsusi memarlıq üslubunda inşa edilən Ənsari Evi hal-hazırda Urmiyənin 2 nömrəli Təhsil Şöbəsinin mülkiyyətindədir.

Urmiyədə Ənsari Qacar Evində yanğın baş verib – GÖRÜNTÜ

Geri dön