Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Gənclər Olimpiya Festivalında cüdo yarışlarının sonuncu gününün görüşləri başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Avropa Gənclər Olimpiya Festivalında cüdo yarışlarının sonuncu gününün görüşləri başlayıb

Avropa Gənclər Olimpiya Festivalında cüdo yarışlarının sonuncu gününün görüşləri başlayıb


İyulun 27-də XV Avropa Gənclər Olimpiya Festivalının Heydər Əliyev adına İdman Arenasında keçirilən cüdo yarışlarının sonuncu gününün görüşləri başlayıb.

Gün ərzində qarışıq komanda yarışları keçiriləcək. Mübarizəyə səkkizdəbir finaldan başlayan Azərbaycan komandasının rəqibi Gürcüstan millisidir.

Qeyd edək ki, festivalda cüdoçuların fərdi mübarizəsinə yekun vurulub. Azərbaycan millisi yarışda 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Qızıl medalları ölkəmizin aktivinə Turan Bayramov (60 kq) və Hüseyn Məmmədov (+90 kq), gümüş medalı Vüqar Talıbov (73 kq), bürünc medalları isə Şükran Zamanlı (55 kq), Məhərrəm İmamverdiyev (81 kq) və Gülşən Bəşirova (44 kq) yazdırıblar. Komanda bu nəticə ilə medal sıralamasında üçüncü olub.

Festivalda 40 ölkədən 297 cüdoçu mübarizəyə qoşulub. Azərbaycan bu nüfuzlu turnirə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə qatılıb.

Geri dön