Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Siyamək Mirzayinin sürgün cəzası ilə bağlı ətraflı məlumat
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Siyamək Mirzayinin sürgün cəzası ilə bağlı ətraflı məlumat

Siyamək Mirzayinin sürgün cəzası ilə bağlı ətraflı məlumat


Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi Baharistan Məhkəməsində 1 illik sürgün cəzası ilə bağlı qərar verilmək üçün Baharistanın Sultanabad 11-ci Polis Bölməsinə intiqal edilib.

Azərbaycanlı fəalın 3 illik həbs hökmü iyunun 28-də başa çatıb. Lakin 1 ay daha çox saxlandıqdan sonra onun dosyesi Təbəs şəhərinə sürgün cəzası ilə bağlı Tehranın Evin zindanından Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsinə göndərilib. Bu məqsədlə fəal iyulun 28-də axşam saatlarında Baharistanın Sultanabad 11-ci Polis Bölməsinə intiqal edilib, onun sürgün cəzası ilə bağlı bu gün Baharistan məhkəməsində qərar veriləcək.

Evin zindanının 8-ci korpusunda həbs olunan S.Mirzayi iyunun 26-da, məhkumluq müddətinin başa çatmasına 2 gün qalmış Evin Zindanı Məhkəməsinin 6-cı şöbəsində mühakimə edildi. Bundan sonra “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşən fəal zindanın 209-cu korpusuna intiqal edilmişdir. Fəal həbs müddətindən 1 ay artıq saxlanıldı, o bir ayın 20 gününü Evin zindanının 209-cuu bölümündə keçirdi. Fəal bu müddətdə azadlığa buraxılmamasına etiraz olaraq aclıq etmişdir.

Məhkəmə azərbaycanlı fəala qarşı irəli sürdüyü “sistemin əleyhinə təbliğat aparma” ittihamının “sübutlar”ı kimi, onun həbsxanadan Abbas Lisani və digər fəallarla telefon əlaqəsi saxlaması və aclıq aksiyası keçirməsini göstərib.

Son günlərdə azərbaycanlı fəalın müvəqqəti azadlığa buraxılması üçün təyin olunan mülki vəsiqənin məbləği və növü bir neçə dəfə dəyişdirilib. O sonda 200 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Əslində vəsiqə ötən çərşənbə günü təqdim olunub, lakin məhkəmə iş vaxtının bitməsini bəhanə edərək onun sərbəst buraxılmasını şənbə gününə təxirə salmışdır.

39 yaşlı azərbaycanlı şair və yazıçı Siyamək Mirzayi bundan əvvəl də Güney Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

Geri dön