Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatına inteqrasiyası müzakirə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Ukraynada yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatına inteqrasiyası müzakirə olunub

Ukraynada yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatına inteqrasiyası müzakirə olunub


Ukraynada yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatına inteqrasiyası olduqca vacibdir və bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi son aylar lazımi layihələr həyata keçirir.

Bu fikri Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov Ukraynanın Kirovoqrad vilayəti, yerli Znamenski prokurorluğunun Maloviski şöbəsinin rəisi İsa Tanrıverdiyevlə görüşündə söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev dünya azərbaycanlılarının doğma Azərbaycanla əlaqələrinin dərinləşdirilməsi və ümummilli məsələlərin həllində yaxından iştirakının təmin edilməsi istiqamətində irəli sürülən səmərəli təşəbbüslərə hər zaman dəstək verir.

E.Məmmədov deyib ki, Azərbaycan diaspor təşkilatlarının daha da güclü olması üçün xaricdə yaşayan savadlı soydaşlarımız, dövlət məmurları diaspor fəaliyyətində dəstəkləri vacibdir.

Görüşə görə təşəkkürünü bildirən İ.Tanrıverdiyev bildirib ki, son illər Ukraynanın dövlət qurumlarında çalışan azərbaycanlıların sayının artmasını sevindirici hal kimi qiymətləndirib.



Emil Hüseynli

Geri dön