Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qarabağ”ın avrokuboklarda növbəti rəqibləri müəyyənləşib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Qarabağ”ın avrokuboklarda növbəti rəqibləri müəyyənləşib

“Qarabağ”ın avrokuboklarda növbəti rəqibləri müəyyənləşib


Ağdamın “Qarabağ” klubunun avrokubokların III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Bunlar Kiprin “APOEL” və Slovakiyanın “Slovan” (Bratislava) klublarıdır. “APOEL” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun “Sutyeska” klubunu mübarizədən kənarlaşdırıb. Səfərdəki ilk matçda 1:0 hesabı ilə qalib gələn Nikosiya təmsilçisi cavab oyununda da qələbəyə imza atıb - 3:0. Hər 3 qolu Serbiyalı hücumçu Andriya Pavloviç 13-cü, 25-ci və 66-cı dəqiqələrdə vurub. Beləliklə, “Qarabağ” iyulun 31-də İrlandiyanın “Dundalk” klubunu üstələyəcəyi təqdirdə, məhz “APOEL”lə qarşılaşacaq.

Bu klubların arasında ilk oyun avgustun 6-da Nikosiyada, cavab görüşü isə avgustun 13-də Bakıda təşkil olunacaq.

Azərbaycan təmsilçisi “Dundalk” səddini keçə bilməsə, mübarizəni UEFA Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Bu zaman isə rəqib “Slovan” olacaq. Slovakiya komandası II təsnifat mərhələsində Kosovonın “Feronikelis” klubunu evdə 2:1, səfərdə isə 2:0 hesabı ilə məğlub edib. “Qarabağ” bu komanda ilə qarşılaşacağı halda ilk görüş avqustun 8-də səfərdə, cavab oyunu isə avqustun 15-də evdə olacaq.

Qeyd edək ki, “Qarabağ” “Dundalk”la İrlandiyadakı qarşılaşmadan heç-heçə ilə ayrılıb - 1:1. Cavab oyunu iyulun 31-də “Dalğa Arena”da olacaq. Görüş saat 21:00-da başlayacaq.

Geri dön