Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin "Şərq" qəzetinə açıqlaması.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin "Şərq" qəzetinə açıqlaması.

MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin "Şərq" qəzetinə açıqlaması.


Zəlzələ bölgəsində durum ürəkaçan deyil
İran rejimi azərbaycanlılara yardım etməyə maneələr yaradır


Güney Azərbaycanda baş vermiş zəlzələnin fəsadları hələ ki, aradan qaldırılmayıb. Zəlzələ İranın əsasən azərbaycanlılar yaşayan Şərqi Azərbaycan bölgəsində baş verməsi daha böyük problemlər yaradıb. Təbii fəlakətdən sonra Tehran rejiminin orada yaşayan Azərbaycan türklərinə qarşı etinasız münasibətinin şahidi olduq. Belə ki, İran hökuməti zəlzələdən zərər çəkənlərə yardım etməməklə yanaşı, xarici ölkələrdən göndərilən yardımların da ünvanına çatmasına şərait yaratmadı, bir növ yardımları geri çevirmiş oldu. Məlumatlara görə, zərərin aradan qaldırılması istiqamətində Tehran rejimi faktiki olaraq əsaslı addımlar atmır.

Güney Azərbaycandakı son durumla bağlı "Şərq"ə məlumat verən, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib ki, molla rejiminin xislətində heç bir hal dəyişmədiyi üçün, zəlzələ qurbanlarına da münasibət dəyişməz olaraq qalır: "Fars rejimi yardım məsələsində soydaşlarımıza ögey münasibət göstərir. Hadisə zamanı yaralananlar, ölənlər və evləri dağılanlar oldu. Hətta zəlzələ zonasında köçürülməyə ehtiyacı olan insanlar var ki, bu insanlara heç bir qayğı və yardım əli uzadılmır. Bir neçə gün bundan əvvəl dağılmış yerlərdə aparılan axtarışların dayandırılması haqda əmr verilib. Bu isə soydaşlarımızın vəziyyətini daha da acınacaqlı hala saldı. Çünki dağıntılar altında qalan soydaşlarımız var. Hesab edirəm ki, bu məsələyə bütün dünya ölkələri müdaxilə etməlidirlər. Fars rejiminin zərərçəkmiş əhaliyə yardım göstərməsi məsələsini gündəmə gətirsinlər". Hökumətimizin acınacaqlı vəziyyətdə olan güneyli qardaş və bacılarımıza etdiyi yardımı alqışladığını deyən deputat vurğulayıb ki, Tehran rejimi bu yardımı başqa istiqamətlərə yönəltməli deyil: "Yəni ki, bütün göndərilən yardımlar zərərçəkənlərə israf olunmalıdır. Hesab edirəm ki, fars rejimi acınacaqlı vəziyyətə düşmüş soydaşlarımıza qarşı bu xislətdən əl çəkməlidir, bizim soydaşlarımız olan öz vətəndaşlarına yardım göstərməlidir. Amma çətin ki, bu günə kimi hansısa addımı atmayan Tehran bundan sonra nəsə etsin. Düşünürəm ki, beynəlxalq təşkilatların təzyiqi nəticəsində Güney Azərbaycan türklərinə qarşı olan neqativ münasibət dəyişə bilər".


Ayyət

Geri dön