Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizin millət vəkili: “Biz nə üçün Azərbaycanda türkcə yazıb oxumamalıyıq?!”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizin millət vəkili: “Biz nə üçün Azərbaycanda türkcə yazıb oxumamalıyıq?!”

Təbrizin millət vəkili: “Biz nə üçün Azərbaycanda türkcə yazıb oxumamalıyıq?!”


Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Üşkaya) İran parlamentindəki millət vəkili Zəhra Sai ana dilində yazıb oxumağın əhəmiyyəti barədə önəmli fikirlər səsləndirib.

O bu barədə iyulun 30-da parlamentdə çıxışı zamanı danışıb.

“İnsan dilin qəlibi və çərçivəsində düşünür, bu çərçivədə duyğu və hissiyatını ifadə edir. Ana dili ona görə mühümdür ki, bəzən bir sözdə bir çox inam, ənənə, mif və tarix öz ifadəsini tapır. Bir kələmənin aradan getməsi yerli mədəniyyətə aid böyük həcmdə biliyin itirilməsi deməkdir.
Biz nə üçün Azərbaycanda türkcə yazıb oxumamalıyıq?! Konstitusiyanın 15 və 19-cu maddələri də buna icazə verir. Mən ana dilimi gizlədə bilmərəm. Bu, bir ədalətsizlikdir. Qanuna görə, hər kəs ana dilini öyrənmək hüququna malikdir.”- deyə o vurğulayıb.

Millət vəkili çıxışının son hissəsində təhsil nazirindən məktəblərdə “farsca yetərlilik” testinin tətbiq olunması məsələsinə yenidən baxılmasını tələb edib. O bildirib ki, bu məsələ Azərbaycan əhalisinin narazılığına səbəb olub.

Zəhra Sai sözlərini ana dili ilə bağlı türkcə bir şeir deyərək sona çatdırıb.

Ötən günlərdə Təhsil Nazirliyi tərəfindən məktəblərdə tətbiq olunan “farsca yetərlilik” testinə qarşı etiraz edənlərin sıralarına bir neçə millət vəkili də əlavə olunub.
İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə ediləcəyini açıqlamışdır. Artıq testin məktəbə daxil olmaq istəyən uşaqlar üzərində tətbiq olunmasına başlanılıb.

Geri dön