Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xüsusi nümayəndə: Suriya və İraqda 15 min İŞİD terrorçusu qalır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Xüsusi nümayəndə: Suriya və İraqda 15 min İŞİD terrorçusu qalır

Xüsusi nümayəndə: Suriya və İraqda 15 min İŞİD terrorçusu qalır


Amerika Birləşmiş Ştatları (ABŞ) administrasiyası hesab edir ki, Suriya və İraqda təxminən 15 min İŞİD terror qruplaşmasının üzvü qalır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlər üçün brifinqdə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib.

C.Ceffri bildirib: "İraq və Suriyada dəyərləndirmələrə görə təxminən 15 min terrorçu qalır. Bildiyiniz kimi, bu şəxslər Fəratın cənub istiqamətində hər iki tərəfə hərəkət edirlər. Onlar şimal-şərqə hərəkət etmirlər, çünki orada biz təhlükəsizliyi təmin etmişik".

Xüsusi nümayəndə qeyd edib ki, ABŞ İŞİD terror qruplaşmasına qarşı mübarizə üzrə müttəfiqlərini Suriyada hərbçilərini saxlamağa çağırır.

Onun sözlərinə görə, 2017-ci ilin yanvar ayından koalisiyasının tərkibinə Afrika və Asiyanın 12 ölkəsi daxil olub.

Geri dön