Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur”un icraçı direktoru bu məsələlərə aydınlıq gətirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur”un icraçı direktoru bu məsələlərə aydınlıq gətirib

“Traxtur”un icraçı direktoru bu məsələlərə aydınlıq gətirib


Güney Azərbacanın “Traxtur” futbol klubunun icraçı direktoru Qulamrza Sadiqiyan klubun son günlərdəki fəaliyyəti və qarşıdakı super liqa yarışları ilə bağlı açıqlama verib.

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, o iki xarici oyunçu ilə müqavilə imzalamaq ərəfəsində olduqlarını bildirib.

“Xarici oyunçular texniki baxımdan baş məşqçi və Texniki Komitə tərəfindən təsdiqlənib. Onlarla müzakirə aparılır və müqavilə imzalamaq ərəfəsindəyik.”- deyə Q.Sadiqiyan bildirib.

Komanda tərəfdarlarının nigaran olmasına əsas olmadığını deyən klubun icraçı direktoru ən güclü və birinci komanda olmağı hədəflədiklərini, bu yolda var gücləri ilə çalışacaqlarını vurğulayıb.

Onun sözlərinə gör, yaxın günlərdə komandanın köynəyinin təqdimat mərasimi keçiriləcək.

Q.Sadiqiyan növbəti super liqa yarışlarının təxirə salındığını bildirərək qeyd edib ki, yarışlar üçün bütün stadionlar münasib vəziyyətdə olmalıdır. Bu şərtin yerinə yetirilməsi olduqca önəmlidir. Bu məsələ ilə əlaqədar yarışların başlaması təxirə salınıb.

O ötən mövsümdə komandası “Traxtur”a xəyanət edən qapıçı Möhsün Fruzanın dosyesinə də işarə edib: “Bu dosye ilə bağlı xüsusi vəkil tutulub. Proses gedir, klubun hüququnun təmin olunması üçün lazımi işlər görülür.”

“Biz türklər çalışmaq, güclü olmaq və idarəçiliyimizlə məşhuruq. Tərəfdarlar sevimli komandalarını dəstəklədiyi müddətdə çox güclü şəkildə yolumuzu davam edəcəyik.”- deyə Q.Sadiqiyan sözlərinin sonunda vurğulayıb.

Bu arada ötən günlərdə 18-ci super liqa yarışlarının ən güclü yarımmüdafiəçilərindən olan türkmən futbolçu Rza Əsədi “Traxtur” komandasına transfer edilib. İranın bir çox klubu onu cəlb etməyə çalışsa da türkmən futbolçu “Traxtur” komandasını tərcih edib.

Geri dön