Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycan taekvondo üzrə ölkə çempionatının qalibi olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycan taekvondo üzrə ölkə çempionatının qalibi olub

Şərqi Azərbaycan taekvondo üzrə ölkə çempionatının qalibi olub


Avqustun 1-i və 2-də Təbrizin Purşərifi idman salonunda keçirilən böyüklər arasında taekvondo üzrə ölkə çempionatı Şərqi Azərbaycanın Əlif komandasının qələbəsi ilə yekunlaşıb.

Məlumata görə, yarışlara ev sahibliyi edən komanda 3 qızıl, 2 gümüş və 1 bürünc medalla çempionatın qalibi olub.

1 qızıl, 2 gümüş və 2 bürünc medalla Tehran komandası ikinci, 1 qızıl, 2 bürünc və 1 bürünc medalla Əlborz komandası 3-cü yerdə qərarlaşıb.

4 bürünc medal qazanan Şərqi Azərbaycanın B komandası isə 9-cü yeri tutub.

Avqustun 1-də başlayan yarışlar cümə günü yekunlaşıb.

Qeyd edək ki, Güney Azərbaycanın idman komandaları minimum imkanla müxtəlif sahələrdə bir çox uğurlara imza atır. Əksər idman növləri üzrə güclü potensiala malik olan komandalar dövlət tərəfindən dəstəklənmir. Bu məsələ Güney Azərbaycan idmanının əsas problemi sayılır.

Geri dön