Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa birinciliyində şahmatçılarımız çıxışlarını davam etdirirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Avropa birinciliyində şahmatçılarımız çıxışlarını davam etdirirlər

Avropa birinciliyində şahmatçılarımız çıxışlarını davam etdirirlər


Slovakiyanın Bratislava şəhərində yeniyetmələr arasında şahmat üzrə Avropa birinciliyində təmsilçilərimiz çıxışlarını davam etdirirlər.

Müxtəlif yaş kateqoriyalarında çıxış edən şahmatçılarımızdan Murad Mehdizadə, Cahandar Azadəliyev, Read Səmədov, Şahin Vəliyev, Xəqan Əhməd, Yusif Kərimli, Rafael Bayramlı, Gövhər Beydullayeva və Kənan Qarayev ilk görüşlərini qələbə ilə başa vurublar. Abbas Azadov isə 0,5 xal toplayıb.

Qitə birinciliyində 49 ölkədən 1300-dən çox 8-18 yaşlı yeniyetmə şahmatçı mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.

Geri dön